Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:48

AXCP-nin 2 fəalı sutkalıq həbs olunub


-
Fevralın 26-da Xocalı faciəsi qurbanlarını anarkən polislə insident yaşanıb. Bundan sonra AXCP fəallarını həbs ediblər.
Yazı yenilənir. Ən sonuncu xəbərlər yazının yuxarı hissəsindədir.


AXCP üzvü Elnur Məcidlinin AzadlıqRadiosuna bildirdiyinə görə, hazırda bir neçə nəfər evlərinin qapısını döyür və qapını açmağı tələb edir.

Fevralın 28-də səhər saatlarında evlərinə zəng edib anasından onun evdə olub-olmamasını soruşublar. Bir müddət sonra 2-3 mülki geyimli mənzilin qapısını döyməyə başlayıb.

Elnur Məcidli binanın qarşısında dayanan «Niva» və «Mercedes» markalı avtomobillərin bir müddət sonra uzaqlaşdığını əlavə edir.

AXCP fəalı hələlik məsələylə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermədiyini bildirir.
----
AXCP sədri Əli Kərimli partiya fəallarının həbsinə «facebook» səhifəsində belə reaksiya verir:

«Özlərini ələ almağa çalışsalar da, əslində Ukrayna inqilabından sonra qorxu içindədirlər. Bu tərəfdən də bizim AXCP olaraq ciddi təşkilatlanmağımız, ilin sonuna kimi 2 dəfə böyümək hədəfimiz narahatlığı artırıb. Milli Şuranın Xocalı ziyarətində yaratdığımız izdiham isə bunları isterika həddinə çatdırdı. Həbslərə göstəriş verilib...

Həqiqətən də tarix onu öyrədirmiş ki, bəziləri tarixdən heç nə öyrənmir. Elə son illərdə neçə inqilabı canlı olaraq izləyiblər, neçə-neçə inqilab haqda eşidiblər (oxumaqla araları olmadığından, şübhəsiz, inqilablar haqda da oxumayıblar, ya televiziyadan görüblər, ya da eşidiblər), hələ də başa düşməyiblər ki, inqilabları partiyalar yox, xalq edir. Heç bir vaxtı çatmış, «yetişmiş» diktatoru, avtoritar dövlət başçısını isə repressiyalar qoruya bilmir.

Bu yerdə çaşa bilərlər ki, bəs o zaman AXCP niyə belə ciddi təşkilatlanır? İzah edirəm: Sizlər öz acgözlüyünüzlə, haqsızlığınızla, ədalətsizliyinizlə, cəmiyyətdə nifrəti, ədavəti artırmağınızla sosial partlayış hazırlayırsınız. Bu ölkəyə ona görə güclü AXCP, Milli Şura, real müxalifət strukturları lazımdır ki, xalqı sizin özbaşınalıqlardan qoruya bilsinlər, sizləri isə istəməsəniz də, addım-addım dəyişikliklərə, islahatlara məcbur etsinlər. Yox, birdən bu alınmasa, ölkə sosial partlayış yaşayası olsa, o zaman da güclü müxalifət ölkəni xaosdan, idarəolunmaz vəziyyətdən, nəhayət, azğın məmurları linc edilməkdən qoruya bilsin. Bir anlıq düşünün ki, Ukraynada güclü müxalifət partiyaları olmasaydı və «Pravıy sektor» tipli təşkilatlar hakimiyyəti götürsəydilər, sizin dostlarınız olan Ukrayna Regionlar Partiyasının rəhbərliyinin, oliqarxların aqibəti necə olardı...

Sizi əmin edirəm ki, həbslərlə heç nəyə nail ola bilməyəcəksiniz. Yel qayadan nə aparacaq ki? Əksinə, on minlərlə narazı və fəal vətəndaşa birləşmək üçün ünvan göstərmiş olacaqsınız», - deyə AXCP sədri yazıb.

---
AXCP GK-nın «facebook» səhifəsində yerləşdirilən məlumata görə, məhkəmə İlham Hüseynə 20 sutka inzibati həbs cəzası verib.
---
AXCP-nin iki fəalı Bəhruz HəsənliTəzəxan Mirələmov fevralın 27-də uyğun olaraq 20 və 15 sutka inzibati qaydada həbs ediliblər. Onlar polisə tabe olmamaqda ittiham olunurlar.

AXCP bu ittihamları uydurma adlandırır. Partiya hesab edir ki, fəallar fevralın 26-da Xocalı soyqırımı qurbanlarını anım günündə AXCP tərəfdarlarının keçirdiyi yürüşlə əlaqədar təqib olunurlar. Əsasən AXCP sədri Əli Kərimlinin cangüdəni olan (ictimai əsaslarla) B.Həsənli polisin partiya liderinə güc tətbiq etməsinə imkan verməyib.

İLHAM HÜSEYNİN İŞİNƏ BU GÜN BAXILIR

Müxalifətçilərin «Xocalıya ədalət!», «Şəhidlər ölməzdir, Vətən bölünməz!» şüarlarını səsləndirməsi polisin narazılığına səbəb olub. Elə AXCP fəalları da fevralın 26-da Xocalı faciəsi günündə faciə qurbanlarının xatirəsini anım zamanı polislə insidentdən bir gün sonra saxlanılıb.

Fevralın 27-də saxlanılan AXCP fəalları Fuad Əhmədli, Taleh Səmədov xəbərdarlıq edilərək azad buraxılıb.

AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynin işinə isə fevralın 28-də Xəzər Rayon Məhkəməsində baxılacaq. Bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Fevralın 27-də AXCP-nin 5 fəalı polis tərəfindən saxlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG