Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:01

Samuxda ekoloji təmiz enerji ilə təmin olunacaq şəhərcik salınacaq


Azərbaycanın Samux rayonu ərazisində tikiləcək aqroenerji kompleksinin layihə-smeta sənədləri artıq hazırlanıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, bu layihə çərçivəsində ilkin mərhələdə ölkədə gücü 2,8 MVt olan günəş elektrik stansiyasının tikintisi və avadanlıqlarının quraşdırılmasına başlanılıb.

Məlumata görə, aqroenerji kompleksində birinci mərhələdə 300 ailə üçün yeni qəsəbənin tikintisi və istehsal təyinatlı obyektlərin istifadəyə verilməsi, iki mindən çox vətəndaşın işlə təmin edilməsi nəzərdə tutulur.

Bütün infrastruktura malik olacaq bu şəhərciyin enerji təchizatı ekoloji təmiz günəş, külək, geotermal və bioqaz enerji mənbələri hesabına təmin olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG