Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:48
-

Uşaqlar üçün “Harry Potter” kitablarının müəllifi JK Rowling bu yay ikinci detektiv romanını çap etdirəcək.

Britaniya yazıçısı uşaqlar üçün yazmağı dayandıraraq ötən il ilk detektiv romanını çap etdirmişdi, amma gizli şəkildə, Robert Galbraith təxəllüsü ilə.

Media əsl müəllifin kimliyini aşkar edəndən sonra Amazon.com-da romanın on-line satışı 500,000 dəfə artmışdı.

Rowling-in ikinci detektiv romanında (“Silkworm”) da xəfiyyə Cormoran Strike baş qəhrəmandır, amma bu dəfə o, yazıçı Owen Quine-in müəmmalı şəkildə yoxa çıxmasının səbəbi araşdırır.

Məlum olur ki, yazıçı yeni kitabında öz köməkçilərinin adını heç də yaxşılığa çəkməyib və çap olunardısa, kitab onların karyerasını məhv edə bilərdi…

Günün bütün mövzuları

XS
SM
MD
LG