Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:13

Putin Obamaya Ukraynanın ərazi bütövlüyünə hörmət edəcəyini deyib


John Kerry
John Kerry
ABŞ-ın dövlət katibi John Kerry Ukraynadakı yeni hökuməti qanuni saydığını deyib. O bildirib ki, hökumət üzvlərini xalqın iradəsi ilə formalaşmış parlament bu vəzifələrə təsdiqləyib.

Onun sözlərinə görə, prezident Yanukovych vəzifədən könüllü gedib. Avropa Birliyinin vasitəçiliyi ilə müxalifətlə razılaşma imzalasa da, həmin razılaşmanın həyata keçməsinə şərait yaradacaq qanunu imzalamadan naməlum istiqamətdə yoxa çıxıb. Kerry deyib ki, Yanukovych-i tapıb onunla telefonla danışmaq mümkün deyil. ABŞ-ın vitse-prezidenti Joe Biden ona 12-14 saat müddətində zəng edib, amma zəngə cavab verilməyib.

Dövlət katibi Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi ilə bağlı qorxulara da münasibət bildirib. O deyib ki, fevralın 27-də rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb. Rusiyaya təklif edib ki, Ukraynada stabilliyin bərpası üçün ABŞ-la əməkdaşlıq etsin. Kerry və Lavrov rusiyayönümlü Krımdakı gərginliyi də müzakirə ediblər.

Kerry deyib ki, ABŞ və Rusiya prezidentləri arasında da telefon danışığı olub. Rusiya lideri Putin Obamaya deyib ki, ölkənin şərqindəki hərbi təlim Ukrayna hadisələri ilə bağlı deyil, əvvəlcədən planlaşdırılıb. Kerry-nin sözlərinə görə, Putin Obama ilə söhbətində Ukraynanın ərazi bütövlüyünə hörmət edəcəklərini deyib.
XS
SM
MD
LG