Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:33
-

"Qanun" nəşriyyatı detektiv yazarı Çingiz Abdullayevin 3 romanını nəşr edib. Onların hamısını baş qəhrəmanının Dronqo olması birləşdirir.

Transilvaniya səfəri

Cinayət məsələləri üzrə dünyaca məşhur ekspert Dronqo Rumıniyaya beynəlxalq konfransa gəlir. Artıq ikinci gün öyrənir ki, sammitin bir neçə iştirakçısına təhlükədən bəhs edən məktub göndərilib. Naməlum şəxs onları bilinməyən təhlükə barədə xəbərdar edir və üstəlik işarə vurur ki, bu təhlükə qraf Drakulanın ruhu ilə əlaqəlidir...

Əclafların kredosu

Altı rus mafiozu Amerikaya yollanır, onlardan heç biri bilmir ki, aralarında FTX-nın agenti var. Təkcə müəmmalı şantajçıdan başqa. O bu altı nəfərin soyadını ABŞ xüsusi xidmət orqanlarına açıqlamayacağına görə külli miqdarda pul tələb edir.

Bəs, bu müəmmalı adam kimdir? Agent Dronqo, sonu ölümlə üzləşə biləcək təhlükəli tədqiqata başlayır və tezliklə başa düşür ki, dedektivdən şübhəli şəxsə çevrilir...

Əclafların qanunu

Dövlət Dumasının deputatı Lazarev Dumanın binasında güllələnir. Qüdrətli cinayətkar avtoritet Moseşvili də öldürülür. Moskva küçələrində Qafqaz və slavyan qruplaşmaları arasında müharibə başlamasına az qalıb. Kriminalist Dronqo qəzəblənən kriminal canavarını əhliləşdirməyə qadir olan adamlardan biridir. Yolunun üstünə çıxmağa çalışan hər kəsin öhdəsindən amansızcasına gələn Dronqo ən gizli mafiyaya yaxınlaşır. Öyrəndiklərindən hətta o da diksinir...

Günün bütün mövzuları

XS
SM
MD
LG