Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:34

Rusiyanın Rostov şəhərində Yanukovych-in mətbuat konfransı elan olunur


Ukraine -- A "Wanted" notice for fugitive President Viktor Yanukovych in Kyiv, February 25, 2014

Ukraine -- A "Wanted" notice for fugitive President Viktor Yanukovych in Kyiv, February 25, 2014

AzadliqRadiosu Ukrayna xidməti Rusiya mediasına istinadən xəbər verir ki, fevralın 28-də Rusiyanın Rostov na Donu şəhərində Victor Yanukovych-in mətbuat konfransı elan olunub.

Fevralın 20-də kiyevdə qanlı toqquşmalardan sonra ölkəni tərk edən prezident Yanukovych-in səlahiyyətləri Ukrayna Ali Radası tərəfindən ləğv edilib, onun vəzifəsinin icrası müvəqqəti olaraq parlamentin sədri Aleksander Turchinova həvalə edilib. Mayın 25-nə yeni seçkilər təyin olunub.

Lakin Yanukovych bu qərarın Konstitusiyaya zidd olduğunu, özünün hələ də Ukraynanın prezidenti qaldığını bildirib. Onun dəqiq yeri bilinmir. Sonuncu dəfə Ukrayna prezidentini Dontesk vilayətində görüblər. Bundan sonra Yanukovychin Krımda, Moskva ətrafında və Donetskdə Pravoslav monastrında gizləndiyi haqda məlumatlar yayılsa da, bu xəbərlərin heç biri öz təsdiqini tapmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG