Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:30

Merkel: "Avropa Birliyi Britaniyanın bütün tələblərini yerinə yetirə bilməz"


David Cameron və Angela Merkel

David Cameron və Angela Merkel

Almaniyanın kansleri Angela Merkel Böyük Britaniyanı Avropa Birliyində “güclü səs” kimi qalmağa çağırıb.O Britaniya parlamentində çıxış edərkən bidirib ki, Böyük Britaniya Avropa Birliyinin dünyanın digər regionları üçün nümunə olmasına kömək edə bilər.
Kansler eyni zamanda qeyd edib ki, Avropa Birliyi Britaniyanın islahatlarla bağlı bütün tələblərini yerinə yetirə bilməz və Avropa Britaniyanı birlikdə saxlamaq üçün istənilən qiyməti ödəməyə hazır deyil.

O həmçinin bildirib ki, Avropa Birliyi Ukraynanı müdafiə etməlidir.

Angela Mergel cümə axşamı britaniyalı həmkarı David Cameronla Avropa Birliyində islahatları müzakirə edəcək. Onun həmçinin kralica II Yelizavetlə görüşü nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG