Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:42

AXCP Naxçıvan şöbəsinin sədri müəllimlikdən çıxarıldı...


Yaşar Bağırsoy
Yaşar Bağırsoy
-
AXCP Naxçıvan Muxtar Respublika şöbəsinin sədri Yaşar Bağırsoy işdən çıxarılıb.

Bu haqda AzadlıqRadiosuna şöbə sədrinin özü məlumat verib. O, Babək rayon Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim işləyirdi. Yaşar Bağırsoyun bildirdiyinə görə, işdən çıxarılması ilə bağlı məktubu bir neçə gün öncə alıb:

«Fevralın 22-si Babək rayon təhsil şöbəsindən məktub almışam. Məktubda göstərilir ki, fevralın 18-dən işdən çıxarılmışam. Guya əmək funksiyasını yerinə yetirə bilmədiyimə görə işdən çıxarılıram. Əslində isə məndə hər şey qaydasındadır. Bunlar hamısı bəhanədir. Təbii ki, bu qərar siyasi sifarişdir. Mən bunu təbii qəbul edirəm. Bu olmalı idi. Məktəbin direktoru bir neçə dəfə xəbərdarlıq etmişdi ki, işdən çıxarılacaqsan. Məni hakimiyyətin göstərişi ilə işdən çıxarıblar. Bizim siyasi fəaliyyətimizdə qeyri-qanuni heç nə yoxdur deyə, basqılara baxmayaraq, bundan sonra da yolumuzu davam etdirəcəyik».

Babək rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Fizuli Salmanov isə Yaşar Bağırsoyun işdən çıxarıldığını təsdiq etsə də, bunun səbəbləri barədə danışmaq istəmədi. Babək rayon Təhsil İdarəsindən də suallarımızı cavablandırmaq istəmədilər.
XS
SM
MD
LG