Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:26

Yanukovychin xəbəri Rusiyadan gəlir


Arxiv fotosu
Arxiv fotosu
Ukraynanın devrilimiş prezidenti Viktor Yanukovych özünü qanuni prezident hesab edir.
O, Ukrayna xalqına müraciətdə Rusiyadan təhlükəsizliyinə təminat istədiyini bildirir.

Rusiya mətbuatında yayılan bu xəbərlərdə bildirlir ki, Moskva onun təhlükəsialiyinə təminat verib. Agentliklərin məlumatına əsasən, Yanukovych hazırda Moskva ətrafındakı sanatoriyaların birindədir.

Qeyd edək ki, yeni Ukrayna rəhbərliyi Yanukovychi kütləvi qətllərdə ittiham edərək həbsinə order verib.

Yanukovych bildirib ki, ölkənin Cənub-şərq və Cənub regionları Ukraynadakı hakimiyyətsizliyi qəbul etməyəcək.

Xatırladırıq ki, bir qrup silahlı adam bu gün Krım Ali Radasını zəbt edərək, parlament binasına Rusiya bayrağı sancıb.

Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turchynov Rusiyanı Krımdakı ordusunu öz bazasında saxlamağa çağırıb və orudunun hərəkətinə hərbi təcavüz kimi baxılacağını bildirib.

NATO-nun baş katibi Anders Fogh Rasmussen Krımdakı vəziyyətdən narahatlıq bildirib və Rusiyanı gərginili artıra bilən addımlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, Rusiya dünəndən Ukrayna ilə sərhəddə yerləşən hərbi dairələrin hazırlıq vəziyyətini artırıb.
XS
SM
MD
LG