Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:43

“Naxçıvanda neft var...”


neft
neft
Şərq qapısı 27.02.2014

Naxçıvanda neft varmı?

Muxtar respublikanın geologiyasına, neft-qazlılıq perspektivliyinə həsr olunmuş dəyərli kitab bu suala aydınlıq gətirir

Uzun illər muxtar respublika ərazisində aparılan geoloji kəşfiyyat işləri, əsasən, faydalı qazıntı yataqlarının axtarışı ilə bağlı olmuş, burada 250-dən artıq mineral su bulağı, zəngin dağ-mədən yataqları (travertin, mərmər, arsen, gips, mis-porfir, kobalt, qızıl, sürmə, polimetal, kükürd) aşkarlansa da, Naxçıvanın neft-qazlılıq perspektivliyinin araşdırılması zəif olmuşdur. İran və Türkiyənin neftli-qazlı əyalətləri ilə qonşu olması, kəsilişində böyük qalınlığa malik Paleozoy və Mezo-Kaynozoy yaşlı çökmə süxurların mövcudluğu bu bölgəni neft-qazlılığı güman olunan ərazi kimi düşünməyə imkan verir Paleozoy və Mezo-Kaynozoy çöküntülərinin mümkün neft-qazlılıq perspektivliyinin kompleks qiymətləndirilməsi üçün müəlliflər dörd təkliflə çıxış edirlər:

1. Qahabdan Azaya qədər uzanan zona boyunca (eni 10 km) ümumi dərinlik nöqtələri üsulu ilə dəqiq seysmik kəşfiyyat işlərinin aparılması;
2. Naxçıvan və Culfa qalxımları arasındakı Araz çayı boyu dəqiq qravimetrik və seysmik ölçmələrin aparılması;
3. Üst Paleozoy və Alt Mezozoy çöküntülərinin kəsilişini və neft-qazlılığını öyrənmək məqsədilə layihə dərinliyi 2800 metr olan axtarış quyusunun yüksək amplitudalı (300 metr) Qıvraq-2 qalxımının tağ hissəsində qazılması;
4. Üst Tabaşir və Eosen kəsilişinin neft-qazlılığını öyrənmək üçün Culfa-2 qalxımında layihə dərinliyi 2500 metr olan kəşfiyyat quyusunun qazılması.
XS
SM
MD
LG