Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:25

Vaşinqtonda aksiya: İran azərbaycanlıları həbslərə etiraz edir [VIDEO]


Vaşinqtonda aksiya: İran azərbaycanlıları həbslərə etiraz edir
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

Vaşinqtonda aksiya: İran azərbaycanlıları həbslərə etiraz edir

-

Fevralın 26-da Vaşinqtonda İranın ABŞ-da maraqlarını təmsil edən ofisin qarşısına toplaşan azərbaycanlı fəallar Tehran rejimindən bu ölkədə azərbaycanlılara qarşı təzyiqlərə son qoymağı tələb edib.

Aksiyaçılar “Cənubi Azərbaycana demokratiya”, “Siyasi məhbuslara azadlıq”, “Azərbaycanlılara bərabər hüquqlar verin”, “İran yalnız farsların deyil”, “Bizi inkar etməyin” kimi şüarlar səsləndiriblər.

“Hassan Rouhani hökuməti islahatlardan bəhs etsə də, ana dilində təhsili müzakirə etmək üçün bir yerə toplaşan fəallarımızı həbs edir... Təkcə ötən həftə 100-ə yaxın fəal saxlanıb. Onların müdafiəsini davam etdirəcəyik” – deyə aksiya iştirakçısı, Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Davud Turan AzadlıqRadiosuna bildirib.

Davud Turan vurğulayır ki, yeni prezidentin dönəmində İranda vəziyyət azərbaycanlılar üçün daha da ağırlaşıb.

Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Babək Çələbiyanlı isə bildirir ki, son bir neçə ayda İranda ümumilikdə 300-dən artıq azərbaycanlı fəal saxlanıb.

Etirazçılar həmçinin ABŞ administrasiyasını İrana münasibətdə azərbaycanlıların milli haqlarının boğulması faktına diqqət göstərməyə səsləyiblər.

Aksiya iştirakçıları tələblərini ABŞ-da İranın maraqlarını təmsil edən ofisin rəsmilərinə təqdim ediblər.

İran azərbaycanlılarının hüquqlarının müdafiəsi ilə məşğul olan fəallar 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə dünyanın müxtəlif paytaxt şəhərlərində aksiyalar keçiriblər.

Aksiyadan fotolar:


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG