Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:55

Mart ayının qeyri-iş günləri rəsmən açıqlanıb


-
8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə bağlı Azərbaycanda qeyri-iş günləri rəsmən açıqlandı.

Nazirlər Kabinetinin məlumatına görə, 8 mart tarixi şənbə gününə düşdüyü üçün martın 10-u da qeyri-iş günü sayılacaq.

Bu il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı günü kimi qeyd olunacaq.

Martın 22-si və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü olacaq.

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG