Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:53
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 1-i gündüzə kimi davam edəcək. Martın 1-də gündüz yağıntılar tədricən kəsiləcək. Martın 2-də hava yağmursuz olacaq, temperatur isə nisbətən yüksəlməyə başlayacaq.

Fevralın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava fasilələrlə yağıntılı olacaq. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 28-də hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 8, gündüz 0-3 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG