Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:27
-
“Yeni Müsavat” benzinin bahalaşmasının detallarından yazır. Qəzetin yazdığına görə, “hökumət benzinin qiymətinin liberallşadırılması və bazara yeni oyunçuların cəlb edilməsi bəhanəsi ilə qiymətləri artırmağa hazırlaşır. “Yeni oyunçular” isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici ölkələrdə səhmlərini ələ keçirdiyi şirkətlərdir. İndi onlara hökumət səviyyəsində “yaşıl işıq” yandırılır- gömrük rüsumundan və aksiz vergisindən azad edilir. Bu o deməkdir yaxın vaxtlarda benzinin bahalaşması tam realdır”.

“ƏMİNƏM Kİ, AZƏRBAYCANDA “MAYDAN” TİPLİ HADİSƏLƏR OLMAYACAQ”

Mübariz Qurbanlı

Mübariz Qurbanlı

“Əminəm ki, Azərbaycanda “Maydan” tipli hadisələr olmayacaq”. Bunu “Gün.az”-a müsahibəsində YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.

“Azərbaycanda hər hansı sosial-siyasi xarakterli inqilabı mən gözləmirəm, proqnozlaşdırmıram. Çünki Azərbaycanın həm sosial-iqtisadi inkişafı, həm prezident İlham Əliyevin şəxsi liderliyi ilə onun bütün problemləri görərək həmin problemləri həll etmək üçün lazımı tədbirlər görməsi bu cür bədbin proqnozlar verənlərin ümidlərini, gözləntilərini doğrultmayacaq”.

“12 MİLYARD 300 MİLYON GÖYDƏN DÜŞMƏ RƏQƏM DEYİL”

“Azadlıq” qəzeti büdcədən yayındırılan 12 milyardlıq vəsaitin necə üzə çıxarılmasından yazır. İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Qalib Toğrulun qəzetə dediyinə görə, “tədqiqat 2010-2012-ci illərdə Azərbaycanın digər ölkələrlə apardığı ticarət dövriyyəsi əsasında aparılıb. Həmin sənəd Azərbaycan, Rusiya, İran rəsmi məlumatları əsasında qeydiyyatdan kənar dövriyyə əsasında ərsəyə gəlib. Yəni, tədqiqatda göydəndüşmə heç bir rəqəm yoxdur və hamısı konkret hesablamalar əsasında hazırlanıb”.

Bir neçə gün əvvəl İqtisadi tədqiqatlar mərkəzi 2010-2012-ci illərdə büdcədən 12 milyard 300 milyon manat vəsaitin yayındırdığı barədə araşdırmaların nəticələrini yayıb.

MÜĞƏNNİLƏRIN ALDIQLARI, ÖDƏDİKLƏRİ İLƏ UYĞUN GƏLMİR

“Bizim bəzi tanınmış müğənnilər vətənpərvərlik mövzusunda mahnılar ifa edir, kliplər çəkdirir, televiziya ekranlarından düşmürlər, lakin onların dövlət büdcəsinə ödədikləri vergilərin məbləği heç də aldıqları qonorara uyğun gəlmir”. APA-nın yazdığına görə, bu sözləri Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi İlham Əmirəliyev deyib.

“Hər kəs vergi orqanına təqdim etdiyi bəyannamələrdə öz gəlirləri barədə məlumatı düzgün göstərməlidir. Əks təqdirdə müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunan bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla büdcəyə bərpa ediləcək”.

GÜRCÜSTAN GƏTİRİLƏN AVTOMOBİLLƏTİN SAYI 25 FAİZ AZALIB

maşın yolu

maşın yolu

“Trend” informasiya agentliyi Gürcüstan Milli Statistika Xidmətinə istinadən yazır ki,
“2014-cü ilin yanvar ayında Gürcüstandan Azərbaycana 20 milyon 350 min dollar dəyərində 2 min 380 minik avtomobili gətirilib.

Agentlik ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan avtomobil ixracının 25 faiz azaldığını yazır

“Müqayisə üçün, 2013-cü ilin yanvar ayında Gürcüstandan Azərbaycana 26 milyon 860 min dollar həcmində 2 min 960 min avtomobil ixrac edilib.

Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başlayacaq Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG