Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:20
Ukrayna müxalifətinin liderlərindən biri, prezidentliyə namizəd olacağını elan etmiş Vitali Klitschko Krım əhalisinə zəmanət verib.

O, yaydığı videomüraciətdə bildirib ki, Krım və Sevastopol əhalisi özlərinin siyasi oyunlarda istifadə olunmalarına imkan verməməlidirlər.

"Qan tökülməsinə və ölkənin parçalanmasına imkan verməyin" - deyən Klitschko yarımada əhalisinin ənənə, dil və həyat tərzinə heç bir təhlükə olmadığını vurğulayıb.

O bildirib ki, guya hakimiyyətə gələn yeni qüvvələrin radikal millətçi olması barədə söhbətlərin əsası yoxdur.

Krımda yaşayanların böyük hissəsi rusdillidir. Rusiyayönümlü prezident Yanukovych devriləndən sonra yarımadada yeni hökumətə qarşı etiraz aksiyaları keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG