Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:17
-

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurası Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Sahil bağında “Qanlı gəlincik-13 dəqiqə” fləşmobu təşkil edib.

AYB-in mətbuat xidmətindən verilən məlumata görə, Gənclər Şurasının üzvləri flaşmobun keçiriləcəyi 13 dəqiqə ərzində Sahil bağında övladını itirmiş xocalılı ananı təmsil edən, qolları üzərində qanlı gəlincik tutmuş qadının yanında susaraq dayanıblar.

AYB-nin mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rza belə tədbirlərin təşkilində məqsədin insanların milli faciəmizə-Xocalı qətliamına dünyanın diqqətini cəlb etmək olduğunu vurğulayıb:


"Məhz saat 13-00-da, 13 dəqiqə susmaq bu tarixin ən nəhs, ağrılı günlərimizdən biri olduğunu xatırladır.

Bəzən sükut dərdləri, faciələri sözdən daha yaxşı anladır. Ona görə də Gənclər Şurası olaraq bu qərara gəldik ki, milli dərdimizi susaraq dünyaya bir daha elan edək".

1992-ci il fevralın 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri Xocalıya hücum edib.

613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-ı qadın, 70 nəfəri qoca olub. 1275 nəfər dinc sakin – qoca, qadın, uşaq girov götürülüb. 190 nəfər itkin düşmüş sayılır

ayb.az




Günün bütün mövzuları

XS
SM
MD
LG