Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:28

Avropa Parlamentinin qarşısında Xocalı faciəsinin ildönümü ilə bağlı aksiya keçirilib


Fevralın 26-da Belçikada Avropa Parlamenti qarşısında Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib.Bu barədə APA-ya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Aksiyada 200-dən çox azərbaycanlı iştirak edib.Onlar Xocalı qırğınının qəbul olunması və ona hüquqi qiymət verilməsini tələb ediblər.

Etiraz mitinqi daha sonra yürüşlə davam edib.Əllərində Azərbaycan bayraqları və “Xocalıya ədalət” şüarları tutan nümayişçilər etiraz aksiyasını Ermənistan səfirliyinin qarşısında başa çatdırıblar.

Mitinqdən sonra isə Brüsseldəki mərkəzi otellərdən birinin kino zalında “Xoca“ filmi nümayiş olunub.
XS
SM
MD
LG