Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10
Krımda ukraynapərəst aksiyaçıların regional parlamentin binasına hücum etdikləri xəbər verilir. Parlamentdə yarmadadakı vəziyyətin müzakirəsi gözlənilirdi.

Bundan əvvəl parlamentin ətrafında yeni Ukrayna hakimiyyətinin tərəfdarları və əlehdarları arasında toqquşma olmuşdu.

Qeyd edək ki, Krımın rusdilli, rusiyapərəst əhalisi Ukrayna baş verən çevirilişdən sonra etiraz aksiyasına qalxıb, hökumət binalarına Rusiya bayraqları sancıblar.

Yerli tatarlar bu məsələdə yeni Ukrayna rəhbərliyinin tərəfini saxlayır, Krımın Ukraynaya məxsus olduğunu deyirlər.

Keçmiş Ukrayna prezidentləri Leonid Kravchuk, Leonid Kuchma və Viktor Yushchenko Rusiyanı Krımda vəziyyəti qarışdırmaq və yeni Ukrayna rəhbərliyinə qarşı qaldırmaqda pisləyiblər.

Ukraynanın müvəqqəti prezidenti Oleksander Turchynov bundan əvvəl silahlı qüvvələrə baş komandanlığı üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG