Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:14

Müxalifət Xocalı abidəsinə yürüş edib, polis onları şüar səsləndirməməyə çağırıb


-
Fevralın 26-da Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Milli Şura Xocalı qurbanlarının xatirəsinə həsr olunan abidənin qarşısına yürüş edib.

Onlar yol boyu “Zəfər zəngi çalınsın, qisasımız alınsın”, “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirib.

Abidənin qarşısına əklil və gül dəstələri qoyulub.

Şüar səsləndirdikləri üçün polis iştirakçılardan çağırış etməməyi tələb edib.
AXCP sədri Əli Kərimli bildirib ki, yola çıxana qədər gənclər şüarlar deyiblər. “Ancaq çox təəssüf ki, o şüarlar düzgün qiymətləndirilməyib. Çox təəssüf ki, bu gün səsələnən şüarlar kimlərisə qıcıqlandırır”.

Fevralın 26-da Müsavat Partiyasının rəhbərliyi də Xocalı abidəsini ziyarət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG