Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:22

John Kerry: “Ukrayna Şərq və Qərb arasında mübarizə meydanına çevrilməməlidir”


-
“Ukrayna Şərq və Qərb arasında mübarizə meydanına çevrilməməlidir”.

Bunu ABŞ dövlət katibi John Kerry Vaşinqtonda Böyük Britaniyanın xarici işlər naziri William Hague görüşündən sonra deyib. Onun fikrincə, “Ukrayna keçid vəziyyətdədir, Ukrayna xalqı hazırda öz gələcəyini seçir”.

ABŞ dövlət katibi bildirib ki, Vaşinqton hadisələrin bundan sonrakı dinc inkişafını təmin etmək üçün Rusiya və digər ölkələrlə birgə işləmək istəyir.

John Kerry və William Hague Kiyevə təcili maliyyə yardımı göstərilməsi məsələsini də müzakirə ediblər. Kerry deyib ki, Vaşinqton və London problemə eyni gözlə baxırlar. “Söhbət azad və demokratik Ukraynadan gedir”.

William Hague deyib ki, Kiyevdə yeni siyasi liderlər islahatlar aparmaq bacarığını sübut etməli və korrupsiya ilə mübarizə aparmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG