Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:11

Otellər QHT-yə tədbir keçirməyə yer ayırmır


-
Azad İqtisadiyyata Yardım İctimai Birliyi 3 həftəyə yaxındır müxtəlif tədbirlərini keçirməyə otel tapa bilmədiyini bildirir. Qurum fevralın əvvəlində Park inn hotelində 8-9 fevral, 14 fevral və 27 fevral 2014-cü il tarixlərində tədbirlər üçün yer sifariş edib. Birinci tədbirə bir həftə qalmış Park inn tədbirləri ləğv etdiyini bildirib. İzahat isə ondan ibarət olub ki, dövlət qurumları bütün zalları icarə ediblər.

Bundan sonra tədbirlərdən yalnız birini keçirmək üçün Sapphire hotelinə müraciət olunub, 18 fevral 2014-cü il tarix üçün müqavilə bağlanıb və ödəniş edilib. Fevralın 14-də Sapphire hotelindən menecer zəng edərək bildirib ki, dövlət qurumlarından onlara zəng olunub, tədbirin ləğvi istənilib. QHT Excelsior, Hyatt, Qafqaz, Avropa, Hilton və ISR plaza hotellərinə müraciət edib və yaxın dövrlərdə istənilən gündə tədbir keçirmək üçün yer sifarişi verib. Qafqaz və Avropa hotelləri dərhal imtina ediblər. Excelsior müqaviləni hazırlayıb son anda imtina edib. Hilton və Hyatt isə boş yerin yaxın aylarda olmadığını və yer olan kimi xəbər verəcəklərini bildiriblər:

“ISR Plaza isə bizə olduqca gülməli bir cavab verib: "Sizə məlumat vermək istəyirik ki, binanın yanğın-dan mühafizə sistemi köhnə olduğuna görə təcili təmir işlərinə başlamalıyıq və mart ayında keçiriləcək bütün tədbirləri ləğv etmişik". Azad İqtisadiyyata Yardım İctimai Birliyi bu qadağanın yalnız həmin quruma yönəlmədiyini düşünür. Bu imtinalar göstərir ki, Vətəndaş Cəmiyyəti yeni bir əngəl- tədbir təşkil edə bilmə problemi ilə üz-üzədir,” birliyin direktoru Zöhrab İsmayıl bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG