Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

İsmayıllı hadisələrinə görə ittiham olunanların valideynləri etiraz edirlər


-
Fevralın 26-da İsmayıllı hadisələrinə görə ittiham olunanların valideynləri İsmayıllı rayon icra hakimiyyəti binasının qarşısında yığışıb. Onlar dövlət ittihamçısının övladları haqqında azadlıqdan məhrumetmə cəzası tələb etməsinə etiraz ediblər.

Valideynləri icra hakimiyyəti başçısı Mirdamət Sadıqov qəbul edib. Hazırda görüş davam edir.

Fevralın 24-də Şəki Ağır Cinayətlər məhkəməsində prokuror İsmayıllı hadisələrinə görə ittiham olunan 18 müttəhimin 4 ildən 9 ilədək azadlıqdan məhrum edilməsini istəyib.
2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşlar olub. 18 nəfər həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG