Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:35

ABŞ səfiri Xocalı faciəsi ilə bağlı bəyanat yayıb


-
Fevralın 26-da ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Xocalı faciəsinin anım günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, “biz Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayırıq. İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. Amerika Birləşmiş Ştatları Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işələməyə sadiqdir”.

Bəyanat ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG