Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:48

Zakir Həsənov Brüsseldə səfərdədir


-
Fevralın 26-da müdafiə naziri Zakir Həsənov Brüsselə gedib.

Səfərdə məqsəd NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (İSAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etməkdir.

Görüş fevralın 27-də olacaq.

Tədbirdə Əfqanıstanda aparılan İSAF əməliyyatlarının gedişi, 2014-cü ildən sonra NATO-nun Əfqanıstanda həyata keçirəcəyi “Qətiyyətli dəstək” missiyasının planlaşdırılması prosesi və digər məsələlər müzakirə ediləcək.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG