Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:28

Xocalı faciəsinin 22-ci ildönümüdür- [Video]


-
Fevralın 26-ı Xocalı faciəsinin 22-ci ildönümüdür.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri Xocalıya hücum edib.

613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-ı qadın, 70 nəfəri qoca olub. 1275 nəfər dinc sakin – qoca, qadın, uşaq girov götürülüb. 190 nəfər itkin düşmüş sayılır.

Xocalıda 8 ailə bütövlükdə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirib.

Fevralın 26-da prezident İlham Əliyev Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib. Prezident abidənin qarşısına əklil qoyub.

Mərasimdə hökumət və dövlət rəsmiləri də iştirak ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG