Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:18

İran Azərbaycanının məşhur kitabı Bakıda çap edildi


-

Iran Azərbaycanının ən görkəmli yazarlarından olan Səməd Behrənginin məşhur kitabı Bakıda çap edildi.

"Qanun" nəşriyyatının çap etdiyi "Balaca qara balıq" nağılı İran Azərbaycanında dillər əzbəridir.

Baxaq görək, bu nağılda Kiçik Qara Balıq anasına nə deyir:

“...Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən zənn edərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boşu-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yana-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur!..”

Günün bütün mövzuları

XS
SM
MD
LG