Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:15

«Alo, bu mənəm» filminin premyerası olacaq


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanda Fransız İnstitutu seyrçiləri Nonna Müzəffərovanın «Alo, bu mənəm» adlı qısametrajlı filminə dəvət edir.

İnstitutdan AzadlıqRadiosuna verilən xəbərə görə, ilk baxış fevralın 28-də saat 19-da Fransız İnstitutunda (Füzuli küç, 67) olacaq.

Xəbərdə vurğulanır ki, sürrealist komediya janrında çəkilən qısametrajlı film detektiv və komediyanın, realizm və mistikanın qarışığıdır və bütövlükdə caz improvizasiyası təəssüratı yaradır.

Yüngül intermedia adi Bakı mənzillərinin birində ifa edilir.
Mənzilə girən soyğunçu, özü də istəmədən öz qurduğu tələyə düşür…

20 dəqiqə sürəcək film («ALLO, C’EST MOI») ingiliscə subtitrlə göstəriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG