Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:34
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton Rusiyanı Ukrayna ilə yaxın qonşuluq münasibətləri saxlamağa və azad seçim etməsinə imkan yaratmağa çağırıb.O Kiyevdə keçirdiyi mətbuat konfransında həmçinin yeni Ukrayna liderlərinə böyük dəstək bildirib.

Ukrayna parlamenti bundan əvvəl devrilmiş prezident Viktor Yanukovyc, keçmiş daxili işlər naziri Vitali Zakharcenko, baş prokuror Viktor Pshonka və digər rəsmilərin Haaqa məhkəməsinə veriləməsi barədə qətnamə qəbul edib.Parlamentin qərarında deyilir ki, onların hərəkəti dinc aksiyalar zamanı mülki sakinlərin kütləvi qətlinə səbəb olub.

Milli birlik hökuməti yaradılması ilə bağlı səsvermə isə cümə axşamınadək təxirə salıb.

Bundan əvvəl mayın 25-ndə ölkədə vaxtındanəvvəl prezident seçkisi təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG