Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:47

Ermənistanda Viktor Yanukovych adına meydanın adını dəyişməyə çalışırlar


Spitakda Yanukovych Meydanını göstərən lövhənin üstünə fəallar Sehiy Nihoyan meydanı yazıb yapışdırıblar. (Araratnews.am).
Spitakda Yanukovych Meydanını göstərən lövhənin üstünə fəallar Sehiy Nihoyan meydanı yazıb yapışdırıblar. (Araratnews.am).
Ermənistanın Spitak şəhərində Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych adına meydan var. İndi yerli fəallar onun adını Serhiy Nihoyan adına Meydan - Kiçik Maydan qoymaq istəyirlər.

“Vətəndaş Anlaşması” təşkilatının fəalları fevralın 20-də meydanın adını göstərən lövhənin üstünə erməni və Ukrayna dillərində “Serhiy Nihoyan Meydanı – Kiçik Maydan” sözü yazıb yapışdırıblar. Spitakın hakim partiyadan olan meri Qaqik Saakyan isə fəalların bu hərəkətini vandalizm adlandırıb.

21 yaşlı erməni əslli Ukrayna vətəndaşı olan Serhiy Nihoyan bu il yanvarın 21-də Kiyevdə ölüdürülüb. Aksiyaçılar Maydanın özünümüdafiə qüvvələrində olan Nihoyanı polis əməkdaşlarının güllələdiyini deyirlər.

1988-ci ildə güclü zəlzələdən dağılan Spitak şəhərində tikinti işlərində Viktor Yanukovych də iştirak edib. 2008-ci ildə şəhər şurasının qərarı ilə minnətdarlıq əlaməti kimi həmin meydanın Yanukovych-in adını daşıması qərara alınıb. Bundan əlavə də Viktor Yanukovych-ə Ukraynanın fəxri vətəndaşı adı verilib.

1988-ci ilin dekabrında Ermənistanın şimalında baş vermiş 6.8 bal gücündə zəlzələ 25 min adamın ölümünə səbəb olmuşdu. Spitak ən çox dağıntılara məruz qalan şəhərlərdən idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG