Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:38
-
Şair və tərcüməçi Tofiq Abidin fevralın 24-ü, 73 yaşında dünyasını dəyişib.

Tofiq Abidin gecə saatlarında qəflətən, ürək tutmasından vəfat edib. O 1941-ci ildə Salyanın Qırımızkənd kəndində anadan olub. İxtisasca teatrşünasdır. Həyatının müxtəlif illərində əvvəlcə “Qobustan” toplusunda, daha sonra Türkiyədə “Orta Doğu”, “Yeni Asiya” qəzetlərində çalışıb.

Tofiq Abidin uzun müddət Azərbaycanda türk ədəbiyyatının tərcüməsi və təbliği ilə məşğul olub. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.


Tofiq Abidin

Sizi sevməyimə zəhər qatanlar olacaq...

nəvələrim
sizi sevməyimə
zəhər qatanlar olacaq
düşünürdüm
oldu...
bu zəhər tavandan axırmış,
liftlə qalxırmış
böyrümdə başımda
fırlanırmış
qan təziqindən fırlanan həyatım kimi
sizi sevəcəm unudulmayan bayatı kimi
sizi sevəcəm məndən sonra yaşaya biləcək
şeirlərimin həyatı kimi
məhkumam sizi sevməyə
allah əlini uzat
şəfqət at
içimə...
məni hazırla
içi dolu şəfqətlə ölməyə...

2009

Günün bütün mövzuları

XS
SM
MD
LG