Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

Bakı Dövlət Universitetində imtahan balı 25-dən 17-yə endirilib


Bakı Dövlət Universitetində imtahan balı digər ali məktəblərdə olduğu kimi 25-dən 17-yə endirilib.Bu barədə Turan agentliyi xəbər verir.

Universitet rəhbərliyinin 2 il bundan əvvəl imtahan balını 17-dən 25-ə qaldırması tələbələrin ciddi narazılığına səbəb olmuşdu.Tələbələr deyir ki, bu universitetdə korrupsiyanın artmasına səbəb olub.

Balların aşağı salınması fevralın 20-də etiraz aksiyası keçirən tələbələrin tələblərindən biri idi.Bundan başqa artıq başa çatmış qış sessiyasının da 17 bal üzrə keçirilməsi qərara alınıb ki, bu o deməkdir ki, imtahanı verə bilməyən tələbələrin əksəriyyəti artıq onu vermiş sayılır.

Qeyd edək ki, Universitetin tələbələri fevfralın 20-də akademik borca görə əlavə pul ödənilməsinə etiraz olaraq Universitetin qarşısında etiraz aksiyası keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG