Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:16

İlham Əliyev Sumqayıtda “Azərsun”un kombinatını açır (Fotoqalereya)


Prezident İlham Əliyev Sumqayıtda kağız-karton kombinatının açılış məırasimində. 25 fevral 2014

Prezident İlham Əliyev Sumqayıtda kağız-karton kombinatının açılış məırasimində. 25 fevral 2014

-
Fevralın 25-də prezident İlham Əliyev Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak edib.
Mərasimdə qeyd edilib ki, bu müəssisə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlət büdcəsindən verilmiş güzəştli kredit və “Azərsun Holdinq” MMC-nin vəsaiti hesabına inşa olunub. İllik emal gücü 50 min tondur və orada 150 nəfər çalışır.

Rəsmi məlumata görə müəssisənin xammala tələbatının 90 faizi tullantı kağızı hesabına ödənəcək: “Bu məqsədlə respublikanın regionlarında gündəlik 60-70 ton kağız tullantıları tədarük etmək imkanına malik olan 30 məntəqənin yaradılması nəzərdə tutulur. Bu sahədə 1000 nəfərin işlə təmin edilməsi mümkün olacaq.”

“Azərsun Holdinq” MMC-nin Xırdalanda da karton fabriki vardır.

İlham Əliyev atası, keçmiş prezident Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini də ziyarət edib.

Azərbaycanda qida sənayesində inhisarçı mövqeyə malik olan “Azərsun Holdinq” Alov Qüllələri, Heydər Əliyev mərkəzi, Şahdağ turizm kompleksi kimi böyük büdcəli tikinti layihələrində də iştirak edib.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) apardığı araşdırmalarda “Azərsun Holdinq”-in ofşor şirkətlər vasitəsilə prezident İlham Əliyevin ailəsi ilə bağlı olmasına dair məlumatlar ortaya çıxmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG