Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:23

Gürcüstan Sovet İşğalı Gününü qeyd edir


-

Fevralın 25-i Gürcüstanda “Sovet İşğalı Günü” ilə bağlı anım mərasimləri keçirilir.

Prezident Giorgi Margvelashvili bolşevik ordusu müstəqil Gürcüstanı işğal edərkən həlak olan gürcü əsgərlərin xatirəsinə qurulan memoriala çələng qoyub. Prezident çıxışında deyib: “Güclü imperiyalar həmişə bizə hücumlar etsələr də bizi sındıra biməyiblər. Vətəni qoruyanların xatirəsi daimi Gürcüstan vətəndaşların qəlbində yaşayacaq.”

1921-ci il fevralın 22-dən 25-ə qədər 11-ci ordu Gürcüstana daxil olaraq paytaxt Tbilisi və başqa şəhərləri zəbt edib. 2006-cı ildə prezident Mikheil Saakashvilinin sərəncamı ilə fevralın 25-i “Sovet İşğalı Günü” elan edilib.

Paytaxt Tbilisidə birinci respublikanın mühafizəçilərinin xatirəsinə abidə qoyulub.

Eyni zamanda Milli Əlyazmalar Mərkəzində 1918-1921-ci illərdə mövcud olmuş Gürcüstan Sosial Demokratik Respublikasına həsr olunmuş sərgi açılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG