Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:20

Akif Muradverdiyevin vəziyyəti ağırdır


-
Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin səhhəti kəskin ağırlaşıb. Bu barədə onun vəkili Rəşad Mirmehdizadə AzadlıqRadiosuna bildirib. Vəkilin sözlərinə görə, həkimlər kömək etsələr də, vəziyyəti yaxşılaşmır:

“Vəziyyəti getdikcə ağırlaşır. Müalicənin heç bir nəticəsi yoxdur. Boyun fəqərələrində yaranan problemlər ucbatından kəskin ağrılardan əziyyət çəkir. Kənardan da yoxlanış üçün həkimlər gətirilib. Heç bir fayda yoxdur, əməliyyat olunmalıdır. Əməliyyatı isə yalnız xaricdə mümkündür”.

Akif Muradverdiyev ötən ilin iyununda həbs olunub. O, qaçaqmalçılıqda ittiham olunur və 4 il azadlıqdan məhrum edilib. Akif Muradverdiyev hazırda Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsində müalicə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG