Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:39
-
Fevralın 26-da saat 19:00-da Nizami Kino Mərkəzində “Mən evə qayıdıram” bədii filminin təqdimatı olacaq.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

“Salnamə” studiyasında dövlət sifarişi ilə çəkilmiş filmin quruluşçu rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəli, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Vüqar Camalzadə, icraçı prodüseri Nazim Hüseynovdur.

Filmdə Yaşar Nuri, Fuad Poladov, Emil Bədəlov, Elçin Mehdi, Yaqub Zeynalov, Murad Abdullayev, Vladimir Yakovlev, Elşən Hacıbabayev, Kamran Ağabalayev, Sevzixan Serderov, Yaroslav Trifonov, Oleq Əmirbəyov, Azər Aydəmir, Emil Axundov və Yelena Malışeva çəkiliblər.

Müdafiə Nazirliyinin yardımı ilə çəkilən film hərbi vətənpərvərlik mövzusundadır.

Real hadisələr əsasında çəkilən film Xalq artisti Yaşar Nurinin son filmidir.

Film Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir.

85 dəqiqə sürən “Mən evə qayıdıram” filmində ilk dəfə Azərbaycan hərbi hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi əks olunub.

Filmdə canlı səsyazma sistemindən istifadə olunub.

Filmin çəkilişləri Quba, Sitalçay, Kürdəmir, Xızıda aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG