Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:50

Ukraynada seçki mayın 25-nə təyin edilib


Ukrayna parlamenti milli birlik hökuməti yaradılması ilə bağlı səsverməni cümə axşamınadək təxirə salıb.Səsvermə bu gün keçirilməli idi, amma parlamentin sədri və prezident əvəzi Oleksander Turchynov müzakirələrə daha çox vaxt verilməsi üçün səsvermənin təxirə salndığını elan edib.

Mərkəzi Seçki Komissiyası isə mayın 25-nə vaxtındanəvvəl prezident seçkiləri təyin edildiyini bəyan edib.Prezidentliyə namizədlər aprelin 4-dək qeydiyyatdan keçməlidir.

Qeyd edək ki, devrilmiş prezident Viktor Yanukovych ölkəıni tərk edib və hazırda onun harda olduğu bəlli deyil.

Rusiyanın xarici işlər naziri Srgei Lavrov bu gün Ukraynada vaxtındanəvvəl prezident seçkiləri keçirilməsi ilə bağlı qərarı tənqid edib. O Moskvada Lüksemburqlu həmkarı Jean Asselbornla keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna Rusiya ilə Qərb arasında seçim etməyə məcbur edilməməlidir.


ABŞ dövlət katibinin müavini William Burns ölkədəki vəziyyəti müzakirə etmək üçün bu gün Kiyevə gedir. Həmçinin Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton bu gün Kiyevdə həbsdən çıxan keçmiş baş nazir Yulia Timoshenko ilə görüşəməlidir.
XS
SM
MD
LG