Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:45

Milli Şura Xədicə İsmayıla qarşı təzyiqlərin dayandırılmasını tələb edir


Xədicə İsmayıl

Xədicə İsmayıl

-
Milli Şura jurnalist Xədicə İsmayılla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, şura son zamanlar Xədicə İsmayılın prokurorluğa çağırılması, hakim partiyanın deputatının jurnalistin şəxsi söhbətini yazmasını mətbuat təmsilçisinə basqılar kimi dəyərləndirib. Jurnalistin prezident və yüksək vəzifəli məmurların gizli biznes və mülkiyyəti ilə bağlı araşdırmalarına görə təzyiqlə üzləşdiyi bildirilir:
“Hər kəs yaxşı anlayır ki, ondan jurnalist fəaliyyətinə görə qisas alınır, ona qarşı yeni təzyiq dalğası başlayıb”.

Milli Şura Xədicə İsmayıla qarşı atılan addımları repressiv üsullarla jurnalisti susdurmaq cəhdi hesab edir:

“Bunlar təkcə araşdırmaçı jurnalistə qarşı deyil, həm də bütövlükdə cəmiyyətə qarşı təhdid və qorxu yaratmaq niyyəti daşıyır. Başqa bir səbəb də odur ki, ölkədə sosial problemlər daha da kəskinləşir, intiharlar artır və vətəndaşların məmurların haqsız əməllərinə etiraz olaraq özünü yandırması halları görünməmiş hal alır. Belə bir zamanda Azərbaycan hakimiyyəti gündəmi dəyişmək üçün süni “cəsus” qalmaqalı yaradaraq, ölkədəki sosial və ictimai problemlərdən diqqəti yayındırmağa çalışır”.

Milli Şura Azərbaycan hakimiyyətindən jurnalist Xədicə İsmayıla qarşı hücumları dayandırmağı tələb edir. Bəyanatın sonunda bildirilir ki, mətbuat azadlığına hörmət etmək təkcə ictimai çağırış deyil. Bu, Azərbaycanın beynəlxalq öhdəlikləri və ölkə qanunlarının tələbidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG