Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:49

Zeynəb Xanlarova: «İstəyirlər ki, xalq ayağa qalxıb hasarları dağıtsın?» [Video]


Zeynəb Xanlarova: «İstəyirlər ki, xalq ayağa qalxıb hasarları dağıtsın?»
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00
-
«Nabranda Xəzərin sahilinə yaxınlaşmaq belə mümkün deyil. Üfunət iyi verir».

Bu sözləri «Xəzər dənizinin dənizətrafı mühitinin mühafizəsi haqqında» çərçivə konvensiyasının müzakirəsi zamanı deputat Fəzail Ağamalı söyləyib.

Fəzail Ağamalı deyib ki, Nabrandan Lənkəranadək Xəzər sahillərində tikilən obyektlərin suyu təmizlənmədən Xəzərə axıdılır:

«Nabranda Xəzərin sahilinə yaxınlaşmaq belə mümkün deyil. Üfunət iyi verir. Mən belə vacib sənədin qəbulunu dəstəkləyirəm».

Sabir Rüstəmxanlı da bu sənədin qəbulunun vacibliyinə diqqət çəkib:

«Bir dəstə adam Xəzər sahillərini işğal edib. Burdan çıxırsan Ələtə qədər dənizi görmək olmur. Birinin pulu çox, birininki az olar. Amma bu o demək deyil ki, millətin dənizini hasarlamaq olar... Dəniz xalqındır, belə özbaşınalıq olmaz. Vaxtilə qanunlarımız vardı, tikintini dənizdən 125 metr kənarda aparmaq olardı. Müəyyən təsirlərdən sonra bu, 50 metrə endirildi... Bu, bir qrup adamındırsa, Qarabağ kimi onlara verək».

Parlamentin 2-ci vitse-spikeri Valeh Ələsgərov Xəzər sahilində tikilən obyektlərin yoxlanma zərurətindən danışıb:

«Hər bir azərbaycanlı öz vətənimi sevməli, onun təmizliyinin qeydinə qalmalıdır».

Zeynəb Xanlarova
Zeynəb Xanlarova
«DƏNİZİ CAMAATIN ƏLİNDƏN ALMAQ OLMAZ»

Xalq artisti, deputat Zeynəb Xanlarova da sahildəki tikintilərə münasibətini açıqlayıb:

«İndi Binə yolu ilə gəlirdim. Dənizin kənarında evlər tikilib. Mən dünyanı gəzib görmüşəm ki, Amerikada Ağ Evin qarşısına hasar çəkməyiblər... Bilmirəm İsgəndərindir, Cahangirindir, amma dənizi camaatın əlindən almaq olmaz. Allahın xalqa bəxş etdiyi dənizə niyə hasar çəkiblər? İstəyirlər ki, xalq ayağa qalxıb hasarları dağıtsın? Mən bunu istəmirəm... Mən qorxuram ki, camaat ayağa qalxsın. Çünki şikayətləri mənə edirlər. Nardaran camaatı «mən ölüm, sən öləsən»ə baxmır».

Deputat Hacı Qalib Salahzadə Bilgəh torpaqlarının hasarlandığını və bunun Nardaran camaatına aidiyyəti olmadığını söyləyib:

«Vaxtilə İsgəndər adlanan şəxs bu torpaqları alıb, indi hasar çəkir və Bilgəh camaatı da bundan narazı deyil. Bakı kəndlərində adətdir, bir kəndin nümayəndəsi başqa kəndin ərazisinə keçə bilməz. Zeynəb xanımın dediyi Bilgəh torpaqlarıdır».

XS
SM
MD
LG