Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:11

Şair-publisist Tofiq Abdin vəfat edib


-
Şair-publisist Tofiq Abdin dünən gecə vəfat edib. Onun ürək tutmasıdan keçindiyi bildirilir.

Mərhumla vida mərasimi bu gün evində keçiriləcək.

Tofiq Abdin 1941-ci ildə Salyanın Qırmızıkənd kəndində anadan olub.

1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən “Qobustan” toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin “Orta doğu” və “Yeni Asiya” qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Tofiq Abdin uzun müddət “Ədalət” qəzetində də türk ədəbiyyatının təbliği ilə məşğul olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG