Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:07

Xərçəng xəstəsi üçün yardım yarmarkası keçirilir


-
Fevralın 25-də xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Həsənli üçün yardım yarmarkası keçirilir. Yarmarkada ikinci əl kitablar və oyuncaqlar satışa çıxarılıb. Yarmarkanın yanında iyanə qutusu da qoyulub. Satışdan gələn gəlir Nərmin Hüseynlinin müalicəsinə sərf olunacaq.

Bundan başqa, könüllülər bir neçə gündür yardım yarmarkaları, ianətoplama aksiyaları təşkil edirlər. Bu kampaniyalara bəzi tanınmışlar da qoşulub. Azərbaycanın “Neftçi”, “Qarabağ” və “Qəbələ” futbol klubları məşqçi və futbolçularının imzası olan formalarını hərraca çıxarıblar. Sənətçi Miri Yusif fevralın 24-də keçirilən “Yaşamaq üçün bir şans” adlı xeyriyyə yarmarkasında iştirak edib.

Nərmin Hüseynlinin 17 yaşı var. O, xərçəng xəstəliyindən əziyyət çəkir. Almaniyada müalicəsi üçün 150 min manat gərəkdir. Bir qurup könüllü bu məbləği kampaniyalarla toplamağa çalışırlar.

Bir neçə gün ərzində 25 min manatdan çox pul toplanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG