Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

-

Bu gün nə edərlər?

Hələ gün doğmamışdan hamı su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyər, su üstündən atlanar, yaralıların yarasına su çiləyərlər.

Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoyular, hamı həmin sudan içər.

Başqa çərşənbələr kimi tonqal da qalayarlar.

Azərbaycana Novruzun ilk qaranquşu gəldi – Su çərşənbəsi.

Su çərşənbəsinin öz adətləri var.

Su çərşənbəsində arxlar səliqəyə salınır, hovuzlar təmizlənir. Torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qədim inanclara görə, kainat su, od, yel, torpaqdan yaranıb.

Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var. Məsələn, inanclarda deyilir:

Süfrəyə su dağılması aydınlıqdır,
Su içən adamı qəfil vurmazlar,
Su içən adamı ilan çalmaz,
Lal axan sudan keçməzlər.
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:
Su olan yerdə dirilik olar,
Su ehsandır,
Su murdarlıq götürməz,
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.


Su çərşənbəsindən başqa Novruz bayramına qədər od, yel, torpaq çərşənbələri də qeyd edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG