Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:52
Ukrayna parlamenti “Dövlətin dil siyasəti haqqında” qanunu ləğv edib.

Bir müddət əvvəl qəbul edilmiş həmin qanun Ukraynanın bəzi bölgələrində rus dilinə dövlət dili statusu vermişdi.

Bununla da həmin bölgələrdəki dövlət idarələrində kargüzarlıq işlərini rus dilində aparmağa, dövlət tədbirlərini rus dilində keçirməyə şərait yaratmışdı.

O zaman qanun müxalifətçiləri narazı salsa da, onlar bunun ölkəni Rusiyanın təsir dairəsinə saldığını desələr də, Ali Radada dava düşsə də, çoxluğa malik olan hakim partiya istəyinə çatmışdı.

Millətçilərin güclü olduğu Ternopol və Lvov vilayətləri qanunu tanımaqdan imtina etsə də.

Rusiyayönümlü prezident Viktor Yanukovych hakimiyyətdən salındıqdan sonra isə parlamentdə qüvvələr nisbəti dəyişib.

Hakim partiyanın 70-dən çox üzvü müxalifətə keçib və indi çoxluq müxalifət partiyalarındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG