Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:05

Avropa Komissiyası Ukraynadkı müvəqqəti hakimiyyəti tanıyıb


Avropa Komisiyası Oleksandr Turchynovu Ukraynanın müvəqqəti qanuni prezidenti kimi tanıyıb.

Rusiyanın baş naziri Dimitry Medvedev isə Ukraynadakı yeni hakimiyyətin legitimliyini ciddi şübhə altında qoyub.O Kiyevdəki hakimiyyətin bir sıra dövlətlər tərəfindən tanınmasını yalnış addım adlandırıb və qeyd edib ki, silahlı adamlar dialoqda tərəfdaş ola bilməz.O qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı bütün hüquqi razılaşmalara əməl ediləcək, amma neftin qiymətinin ucuzlaşdırılması ilə bağlı devrilimiş prezident Viktor Yanukovychlə əldə edilmiş razılaşmaya hələ baxılmalıdır.

Qeyd edək ki, yeni Ukrayna rəhbərliyi Viktor Yanukovychin həbsinə order verilib.
O nümaiyişlər zamanı törədilən kütləvi qətlllərdə ittiham olunur.Ukraynada baş verən son toqquşmalarda 80-dən çox adam ölüb.

Məlumatlara görə, Yanukovychi sonuncu dəfə Krımda görüblər.

Prezident əvəzi Oleksandr Turchynov parlamenti milli birlik hökuməti yaradılmasında razılığa gəlməyə çağırıb.O həmçinin Avropaya inteqrasiyanın yeni hakimiyyətin qarşısında duran əsas məsələ olduğunu bildirib.

Müxalifət lideri Arseniy Yatsenyuk ölkənin iflas həddində olduğunu deyir.Maliyyə naziri Yuriy Kolobov bildirib ki, ölkə iqtisadiyyatına yaxın 2 il ərzində təxminən 35 milyard dollar vəsait lazımdır. O bunun üçün beynəlxalq donorların konfransını keçirməyə çağırıb.
XS
SM
MD
LG