Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:32

BDU tələbələri bəyannamə yayıblar


-
BDU tələbələrinin fevralın 24-nə nəzərdə tutulan aksiyası təxirə salınıb. Amma onlar bəyənnamə yayıblar.

Bəyannamədə deyilir ki, tələbələr akademik borcların ödənişində pul vəsaiti tələbindən narahatdılar. Onlar hesab edirlər ki, bu, tələbələrin sosial həyatını bir az da ağırlaşdıracaq.

Etirazçı tələbələr tələb edirlər ki, bu qərara – yəni tələbələrin akademik borclarını ödəmək üçün pul ödənilməsi ilə bağlı qərar ləğv edilsin.

Onlar etiraz aksiyası zamanı tələbələrə güc nümayiş etdirmiş Tələbə Həmkarlar İttifaqının nümayəndələri və Universitet mühafizəçilərinin cəzalandırılmasını da tələb edirlər.

Bəyannamədə olda bildirilir ki, “hadisələrin gedişində tələbə hüquqlarının müdafiəsi zamanı heç bir işə yaramadığı” anlaşılan Tələbə Həmkar Komitəsi buraxılsın və yeni seçki keçirilsin.

Tələbələr onu da tələb edirlər ki, ictimai fəaliyyətinə görə onlara və valideynlərinə qarşı təzyiqlərə son qiyuısun.


BDU-nun tələbələri bir neçə gün öncə aksiya keçirərək akademik borcların verilməsi üçün ödəniş istənilməsinə etiraz etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG