Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20
-
Fevralın 22-dən 23-ə keçən gecə, saat 5-6 radələrində Meydan Tv-nin Berlindəki ofisinə naməlum şəxslər tərəfindən hücum olub.
Bu barədə Meydan TV-nin rəhbəri Emin Milli AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, polislərin çağırışı ilə ofisə gəliblər və qapı və pəncərə şüşələrinin sındırıldığını görüblər.

Emin Milli deyir ki, şüşələr inşaatda istifadə olunan kərpic daşla sındırılıb.
Onun sözlərinə görə, keçən həftə Almaniyanın ən populyar media orqanlarından biri "Zeit" qəzetində Azərbaycan hökümətinin Humbolt universitetinin "Azərbaycan tarixi" kafedrasına 75 min avro ianə edilməsi ilə bağlı məqalə dərc olunub: «Qəzet vurğulayır ki, kafedranın təşkil etdiyi tədbirlərə qonaqlar, ziyalılar, elm adamları və ən əsası Azərbaycan televiziyaları dəvət olunur, amma burdan-bura Berlində Meydan Tv-ni dəvət etmirlər».
Emin Milli deyir, “Zeit" qəzeti bununla bağlı onun fikrini soruşanda belə cavab verib: “Bu layihə İlham Əliyevin Avropada apardığı strategiyaya və özünə müasir imic yaratmaq istəyinə uyğundur. Bu bir diktaturanın propaqandasıdır".
Meydan Tv-nin rəhbəri bildirir ki, hal-hazırda Berlin polisi bütün bu faktların bir-biriylə bağlı olub-olmaması haqqında araşdırma aparır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG