Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:16

Yanukovychi sonuncu dəfə Krımda görüblər


Viktor Yanukovych
Viktor Yanukovych
Ukraynanın devrilimiş prezidenti Viktor Yanukovychin həbsinə order verilib.O nümaiyişlər zamanı törədilən kütləvi qətlllərdə ittiham olunur.Həmçinin bununla bağlı digər şəxslərə qarşı ittiham irəli sürülüb.

Daxili işlər naziri əvəzi Arsen Avakovun sözlərinə görə Yanukovychi sonuncu dəfə bazar günü axşam prezidentin Krımdakı iqamətgahında görüblər.

Ukraynada baş verən son toqquşmalarda 80-dən çox adam ölüb.

Prezident əvəzi Oleksandr Turchynov parlamenti milli birlik hökuməti yaradılmasında razılığa gəlməyə çağırıb.O həmçinin Avropaya inteqrasiyanın yeni hakimiyyətin qarşısında duran əsas məsələ olduğunu bildirib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton bazar ertəsi Kiyevdə Ukrayna iqtisadiyyatının möhkəmləndirilməsi yollarını müzakirə etməlidir.

Müxalifət lideri Arseniy Yatsenyuk ölkənin iflas həddində olduğunu deyir.

Maliyyə naziri Yuriy Kolobov bildirib ki, ölkə iqtisadiyyatına yaxın 2 il ərzində təxminən 35 milyard dollar vəsait lazımdır.O bunun üçün beynəlxalq donorların konfransını keçirməyə çağırıb.

Rusiya isə bəyan edib ki, Moskva bundan əvvəl Ukraynaya ayırdığı 15 milyard dollarlıq yardım paketinin həyata keçirilməsinə yeni hökumət yaradılmasından sonra baxacaq.
XS
SM
MD
LG