Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:19

İranda Ramiz Quliyevi «Tarın atası» adlandırdılar


Ramiz Quliyev
Ramiz Quliyev
-
Tarzən Ramiz Quliyev İranın paytaxtı Tehranda keçirilən 29-cu Beynəlxalq «Fəcr» musiqi festivalının yüksək mükafatını alıb.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, fevralın 13-dən 23-dək keçirilən festivalda 16 ölkədən tanınmış ifaçılar və musiqi qrupları iştirak edib.
Məşhur «Volfert Brederode» kvarteti (Danimarka), «Anouar Brahem» (Tunis), «Aleksey Serqunin» (Rusiya), «Karin Laytner» və «Marqaret Babinsky» (Avstriya), «Anya Lechner » (Almaniya), «Payez » (İraq) ansamblları ilə yanaşı, festivalda Azərbaycanın xalq artisti tarzən Ramiz Quliyev də çıxış edib.
Tehranın məşhur konsert salonları olan «Təlar Vəhdət »də, «Niavaran»da, «Honar» mədəniyyət mərkəzində keçirilən konsertlərdə R. Quliyevi Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinin Əhsən Dadaşov adına «Xatirə» xalq çalğı alətləri ansamblı müşayiət edib.
Xəbərdə deyilir ki, festivalda R. Quliyevin, eləcə də, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Əliyevin və gənc xanəndə Əli Hacızadənin ifaları dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Təşkilatçıların qərarına əsasən, professor Ramiz Quliyev Beynəlxalq «Fəcr» musiqi festivalının yüksək mükafatı olan «Qızıl çəng»lə təltif edilib.
Konsertlərin dinləyiciləri arasında İranın vitse-prezidenti, mədəniyyət naziri, digər rəsmiləri, tanınmış mədəniyyət xadimləri də olub.
Azərbaycan bəstəkarlarının əsərlərini və klassik muğamları məharətlə ifa edən Ramiz Quliyevin hər ifası ayaqüstü alqışlanıb.
İran kütləvi informasiya vasitələrinin festivalla bağlı yaydığı materiallarda Ramiz Quliyevin parlaq ifası xüsusi qeyd edilib və o, «Tarın atası» və «Böyük ustad» adlandırılıb.
Həmin məqalələrdə Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salındığı oxucuların diqqətinə çatdırılmışdır.
Festival çərçivəsində İranın Mədəniyyət Nazirliyi tərəfindən İran Dövlət Musiqi Muzeyində professor Ramiz Quliyevin yaradıcılığına həsr olunmuş sərgi təşkil olunub.
Xatırladaq ki, tarzən Ramiz Quliyev Beynəlxalq «Fəcr» Musiqi Festivalında artıq beşinci dəfədir Azərbaycanı təmsil edir.

Ramiz Quliyev Iranda (2011)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG