Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:56

Kənd müəllimi: «Rüşvət verməmişəm, verməyəcəm!»


Masallı rayonu, Xil kəndindəki Bəylərbəyov adına tam orta məktəbin riyaziyyat müəllimi Eşqin Kazımlı

Masallı rayonu, Xil kəndindəki Bəylərbəyov adına tam orta məktəbin riyaziyyat müəllimi Eşqin Kazımlı

-
«Keçən il oktyabrın 1-də direktor məni çağırıb dedi ki, bütün müəllimlər kimi sən də hər ay 50 manat verməlisən. Soruşanda ki, niyə? Dedi, mənlik deyil. Mən isə pul verməkdən imtina etdim. O vaxtdan əlinə məqam düşdükcə şagirdlərin yanında məni aşağılayır, kobud rəftar edir».

Eşqin Kazımlı Masallı rayonu, Xil kəndindəki Bəylərbəyov adına tam orta məktəbin riyaziyyat müəllimi işləyir. AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayəti məktəb direktoru Aybəniz Qafarovadandır:

«Dekabrın 28-də 6-cı sinif şagirdlərinə dərs keçirdim. Qonşu sinif otağındakı 11-ci sinif şagirdləri səs-küy salır, dərs keçməyə imkan vermirdilər. Öyrəndim ki, həmin sinifdə Aybəniz Qafarovanın dərs saatıdır, ancaq dərsə girməyib. Getdim yanına, xahiş etdim ki, sinifə gəlib şagirdləri sakitləşdirsin, çünki qonşu sinifdə dərs keçə bilmirəm. Dedi, bir qəpik pul vermirsən, hələ narazılıq da edirsən. Aramızda mübahisə düşdü, hamının yanında üstümə cumub üzümə iki sillə ilişdirdi, diz qapağıma təpik atdı».

Şikayətçinin sözlərinə görə, vərəm dispanserində qeydiyyatda olan şəxs məktəbin yeməkxanasına ərzaq daşıyır ki, bu da yolverilməzdir.

Müəllim deyir, direktorun hərəkətlərindən yerli polisə və prokurorluğa şikayət edib. Bir neçə gün sonra polis cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarıb. O da qərarla razılaşmayaraq məhkəməyə müraciət edib.

Eşqin Kazımlı:

«Ailəmizin 7 üzvü həmin məktəbdə müəllim işləyir. Başqa müəllimlər özləri bilərlər, ancaq bizim ailə üzvlərimiz indiyə qədər rüşvət verməyib, sona qədər də verməyəcək».

Masallı polisindən «Qaynar xətt»ə bildirilib ki, Eşqin Kazımlının şikayəti araşdırılıb, kifayət qədər sübut olmadığına görə cinayət işi başlanmayıb.

MASALLI RAYON TƏHSİL ŞÖBƏSİ TƏKZİB EDİR...

Masallı rayon təhsil şöbəsinin müdiri Aslan İbişov isə müəllimin dediklərini təkzib edir:

«O adamlar direktoru şantaj edirlər. O məktəbdə onlardan başqa 65 müəllim də var, gəlsinlər onların da fikirlərini öyrənsinlər. Bu gün sizə şikayət edən müəllim və həmin məktəbdə eyni vəzifədə işləyən ailə üzvləri vaxtilə keçmiş məktəb direktorunun dövründə çox özbaşınalıqlar ediblər. Məktəbə gəlmirdilər. Aybəniz xanım məktəbə direktor təyin olunandan sonra kollektivi bir yerə yığdı, gözəl də idarə edir. Tələbkar olması o müəllimləri qane etmir. Ona görə də yalançı ittihamlarla dolu məktublar yazmadıqları yer qalmayıb. Hamı gəlir, araşdırır, gedir. Yazdıqları təsdiqini tapmır».

Kənd orta məktəbinin müəllimi isə rayon təhsil şöbəsinin müdirindən və məktəb direktorundan Təhsil Nazirliyinə şikayət etmək üçün Bakıya gəlib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG