Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:35

"Neçə aydır pulsuz dərman ala bilmirəm"


Arxiv - foto
Arxiv - foto

“Əvvəllər pulsuz dərmanları kəndimizdəki poliklinikadan alırdıq. Yaxınlıqda idi, gedib alıb gəlirdik. Neçə aydır ki, poliklinikada dərman verilmir, deyirlər, rayon mərkəzinə gəlin. Bir tərəfdən təzyiq, şəkər, bir tərəfdən də ciyərlərim, böyrəklərim əziyyət verir. Mənim Bərcəvandan rayon mərkəzinə dərman almağa getmək imkanım yoxdur".

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Şəfanə Babayeva İmişlinin Bərcəvan kəndində yaşayır. Deyir, diabetli xəstəyə verilməli olan dərmanı yaxınlıqdakı apteklərdən pulla alır:

QONŞULARIN ÜMİDİNƏ QALAN XƏSTƏ

“21 ilin diabet xəstəsiyəm, pulsuz dərmana görə rayon səhiyyə şöbəsinə ayaq döyməkdən, əsəb keçirməkdən daha da xəstəhal olmuşam. Şəkərölçənə görə isə daha getmirəm. Bilirəm ki, onsuz da verməyəcəklər. Ayda 1-2 dəfə elə qohum-qonşunun şəkərölçənindən istifadə edirəm”.

İmişli rayon səhiyyə şöbəsinin isə məsələyə münasibəti belədir ki, kənd tibb məntəqələrində pulsuz dərmanların verilməsi dayandırılıb. İndi pulsuz dərmanlar mərkəzləşdirilmiş qaydada rayon mərkəzi xəstəxanasından ala bilərlər. Səhhəti rayon mərkəzinə gəlməyə imkan verməyən xəstələr isə səhiyyə şöbəsini məlumatlandırmalıdılar ki, dərmanları yaşadıqları ünvanda onlara çatdırılsın.

Bir müddət əvvəl Bərcəvanın başqa sakini Sarıtel Rzayeva da "Qaynar xətt"ə eyni şikayəti etmişdi.
XS
SM
MD
LG