Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

Rusiya Ukraynaya növbəti maliyyə yardımı köçürməkdə qərarlıdır


Anton Siluanov

Anton Siluanov

-
Böyük 20-lərin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri Sidneydə görüşüblər. Məqsəd dünya iqtisadiyyatının iki faizdən də çox inkişafını sürətləndirmək istiqamətində müzakirə aparmaqdır.
Son razılaşmada qeyd olunur ki, növbəti beş ildə artım faizinin ikini keçməsi planlaşdırılır. Bu gün baş tutan görüşdə həmçinin yeni iş yerlərinin açılması məsələsi də müzakirə olunub.
Görüş zamanı Ukraynadakı vəziyyətə də toxunulub. Rusiyanın maliyyə naziri Anton Siluanov jurnalistlərə açıqlamasında deyib ki, Ukrayna rəhbərliyinin struktur islahatlar üçün Beynəlxalq Valyuta Fonduna kredit almaq məqsədilə müraciəti məsələsi müzakirə olunub. Siluanov onu da deyib ki, Rusiya Kiyevdə yeni hakimiyyət formalaşandan sonra da Ukraynaya növbəti maliyyə yardımı köçürməkdə qərarlıdır. “Siyasi vəziyyət dəyişdiyinə görə, biz hansı hakimiyyətlə əməkdaşlıq edəcəyimizi anlamalıyıq” – deyə nazir bildirib.
ABŞ-ın maliyyə naziri Sidneydə çıxışı zamanı elan edib ki, Vaşinqton iqtisadiyyatı bərpa etməkdə Ukraynaya yardım əlini uzatmağa hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG